Hakan Fidan yeni xarici işlər naziri oldubackend

Hakan Fidan yeni xarici işlər naziri oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakan Fidan xarici işlər naziri vəzifəsini Mövlud Çavuşoğlundan təhvil aldı.

NOCOMMENT Çavuşoğlunun təhvil-təslim mərasimindəki çıxışından diqqət çəkən məqamları təqdim edir: 24 avqust 2014-cü ildə başladığım vəzifə müddətində böyük şərəflə çalışdım. Diplomatiya bizim şəxsiyyətimizin ayrılmaz hissəsidir. Bu gün biz köklü xarici işlər nazirliyimizin yaranmasının 500 illiyini qeyd edirik. Ancaq bu da faktdır ki, türk olan yerdə dövlət var, dövlət olan yerdə diplomatiya var. Mən bu köklü ənənəyə arxalanaraq inamla çalışdım. Bu, böyük məsuliyyət idi. Biz Hakan Fidanla birlikdə ən həssas mövzularda ölkəmizin varlığını qoruduq. Terrora qarşı birlikdə mübarizə apardıq. Mən həmişə dəstək olmağa hazır olacağam. İndi bizim borcumuz Türk Əsrini birlikdə addımlamaqdan şərəf duyduğum möhtərəm Prezidentimizlə birlikdə addımlamaqdır.