Hakimə hücum edən Faruk Koca AK Partiya üzvlüyündən istefa veribbackend

Hakimə hücum edən Faruk Koca AK Partiya üzvlüyündən istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ankaragücü” – “Rizespor” matçından sonra hakim Halil Umut Meləri yumruqlayan keçmiş “Ankaragücü” Klubunun prezidenti Faruk Koca AK Partiya üzvlüyündən istefa verib.

NOCOMMENT.az xəbər verir ki, AK Partiya Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) 12 noyabr çərşənbə axşamı keçirilən iclasında Kocanın qəti şəkildə xaric edilməsi tələbi ilə Mərkəzi İntizam Şurasına (MDK) göndərilməsi qərara alınıb.

Faruk Kocanın müdafiəsini almaq üçün İdarə Heyətindən bildiriş göndərilib.

Bunun üzərinə Sincan Qapalı Cəza Təcridxanasında saxlanılan Koca AK Partiya üzvlüyündən istefa ərizəsini vəkilləri vasitəsilə Partiya Ümumi Mərkəzinə çatdırıb.

Ona görə də MDK-nın Koca ilə bağlı hər hansı qərar qəbul etməsinə ehtiyac yox idi.