Hamilə qadınlar niyə qəfil ölür? – Həkim qorxunc reallığı açıqladı – XƏBƏRDARLIQbackend

Hamilə qadınlar niyə qəfil ölür? – Həkim qorxunc reallığı açıqladı – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son aylarda hamilə qadınlar arasında səbəbi bilinməyən ölüm hallarının artması ciddi narahatlıq yaradıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən həkim Günay Lətifova bildirib ki, bu vəziyyətin arxasında yalnız doğuş anı deyil, bütövlükdə hamiləlik dövrünün düzgün idarə olunmaması dayanır.

Günay Lətifova

Həkimin sözlərinə görə, hamilə qadının 9 ay ərzində mütəmadi və peşəkar nəzarətdə olması həyati əhəmiyyət daşıyır:

“Burada pasiyentin 9 ay müddətində baxılma müddətliliyi, nəzarət vaxtlarının düzgün aparılması, uşağın vəziyyətinin izlənməsi, doğum şəraitinin uyğunluğu, eləcə də doğuş anında yarana biləcək mümkün fəsadlar nəzərə alınmalıdır. Bu faktorların hər hansı birində gecikmə və ya diqqətsizlik ciddi nəticələrə gətirib çıxara bilər”, – deyə o, vurğulayıb.

Günay Lətifovanın sözlərinə görə, hamiləlik normal keçsə belə, gizli gedişli patologiyalar və ya doğuş zamanı qəfil yaranan komplikasiyalar ölüm riskini artırır. Buna görə də o, qadınlara hamiləlik dövründə heç bir əlamət olmasa belə, profilaktik müayinələri vaxtında keçməyi və həkim nəzarətini zəiflətməməyi tövsiyə edir.

Aynurə İsmayıl