Havada toz dumanı müşahidə olunurbackend

Havada toz dumanı müşahidə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəcikləri Bakı şəhərinin Xətai və Nizami rayonlarında 1,1, Səbail rayonunda isə 1,2 dəfə normadan çoxdur.

G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma daxilindədir.