Havanı çirkləndirən şirkət cəzalandırılıbbackend

Havanı çirkləndirən şirkət cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Böyükşor gölünün yaxınlığındakı 15 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin istifadəsində olan asfalt zavoddan atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib.

Xidmətin rəsmisi Ramal Bağırov NOCOMMENT-ə bildirib ki, faktla bağlı akt, protokol tərtib olunub və müəssisənin hüquqi şəxs qismində 10 500 manatdan 12 500 manatadək cərimələnməsi üçün toplanmış sənədlər Sabunçu Rayon Məhkəməsinə göndərilib:

“Atmosferə atılan tullantıların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib”.