Havanın çirklənməsi ildırımların sayına təsir edir – Alimlərbackend

Havanın çirklənməsi ildırımların sayına təsir edir – Alimlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceyms Medison Universitetinin amerikalı alimləri yayda havanın çirklənməsi ilə ildırımların intensivliyi arasında əlaqə aşkar ediblər.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, tədqiqat “Atmospheric Research” (AtmRes) elmi jurnalında dərc olunub.

Üç illik layihə zamanı müəlliflər Vaşinqtonda təxminən 200 min, Kanzasda isə 300 mindən çox ildırım çaxmasını tədqiq ediblər.

Milli İldırımın Təsbiti Şəbəkəsinin məlumatlarından və havanın çirklənməsinin monitorinqi stansiyalarından alınan məlumatlardan istifadə edərək tədqiqatçılar müəyyən ediblər ki, yüksək qeyri-sabit mühitlərdə atmosfer aerozollarının konsentrasiyalarının artması ildırım vurmasına səbəb olur.

Alimlərin fikrincə, hava aerozolları buludlara hava axını ilə daxil olur. Orada hissəciklər elektrik yüklərini ayıraraq ildırımların sayını artırır.

Tədqiqatçılar eyni zamanda tropik iqlimdə yerləşən yüksək hava çirkliliyinə malik metropol olan Banqkokda da oxşar araşdırma aparıblar. Təhlil daha isti və daha rütubətli şərtlərə uyğunlaşdırıldıqda oxşar mənzərəni göstərib.