Hazırda tədrisi distant aparılan siniflərin sayı AÇIQLANDI – VİDEObackend

Hazırda tədrisi distant aparılan siniflərin sayı AÇIQLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Respublikada ümumi 4 432 məktəb var və onların 31-i distant təhsilə keçib”.

NOCOMMENT xəbər verir ki, bu sözləri təhsil nazirinin müşaviri Rüstəm Ağayev “Xəzər TV”də yayımlanan “Təsir Dairəsi” verilişində deyib.

O, əlavə olaraq qeyd edib ki, koronavirusa yoluxmalar səbəbindən distant təhsilə keçən 697 sinifdən 155-i iki həftəlik karantin müddətindən sonra ənənəvi təhsilə geri qayıdıb:

“Belə ki, hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir”.

Qeyd edək ki, ibtidai siniflərdə əyani tədris sentyabrın 22-də, yuxarı siniflərdə, kollec və ali təhsil müəssisələrində isə ayın 29-dan başlayıb.