Həbsdə olan braziliyalı məşhur futbolçu üçün yeni qərar verilibbackend

Həbsdə olan braziliyalı məşhur futbolçu üçün yeni qərar verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya millisinin həbsdə olan sabiq futbolçusu Robinyo təkadamlıq kameradan çıxarılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu ümumu kameraya köçürülüb.

O, digər məhbuslarla qarşılıqlı əlaqənin yaxşılaşdırılması üçün həbsxana bağçasına qulluq edəcək. Sabiq forvardın həmçinin yerli futbol çempionatında iştirak etmək imkanı olacaq. Sözügedən Tremembe həbsxanasında cəza çəkənlərdən ibarət komandalar arasında yarış keçirilir.

Qeyd edək ki, Robinyo və dostu Rikardo Falko 2013-cü ilin yanvarında Milan şəhərindəki gecə klubunda 23 yaşlı qıza təcavüzdə ittiham edilib. O, 2017-ci ildə 9 il azadlıqdan məhrum edilmişdi. 2022-ci ilin oktyabrında İtaliya Ədliyyə Nazirliyi Braziliyaya onun ekstradisiyası üçün sorğu göndərib, Robinyo üçün beynəlxalq həbs qərarı verilib. Lakin Braziliya öz vətandaşlarının ekstradisiyasını qadağan edir. 2023-cü ildə isə İtaliya keçmiş oyunçunun həbs cəzasını ölkəsində çəkməsini istəyib.

Xatırladaq ki, sabiq hücumçu “Milan”la İtaliya, “Real”la ikiqat İspaniya çempionu olub. O, Braziliya yığması ilə Cənubi Amerika Kubokunu və iki dəfə Konfederasiyalar Kubokunu qazanıb.