HADİSƏ: Bakıda qız üstündə bıçaqlanan futbolçu illər sonra danışdıbackend

HADİSƏ: Bakıda qız üstündə bıçaqlanan futbolçu illər sonra danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaxtilə ölkəmizdə top qovmuş Usim Ndukanın Bakıdakı ilk günlərində dünyasını dəyişə bilərmiş.

Belə ki, nigeriyalı futbolçu dostunun əməlinə görə bıçaqlanıb. Lakin bıçaq onun ürəyinə, yaxud qarın boşluğuna yox, əlinə tuş gəlib.

NOCOMMENT.az xəbər verir ki, Usim Sportinfo.az-a açıqlamasında təxminən 20 il öncə yaşanmış üzücü hadisəni nəql edib:

“Azərbaycana yeni gəldiyim dönəm idi, AMMK-da oynayırdım. Yadımdadır ki, həmin vaxt “Gənclik”də ADBTİA-nın meydanında məşq edirdik.

Komandamızda mənimlə yanaşı bir neçə nigeriyalı var idi ki, biri də qapıçımız Cud idi. Bir gün məşqdən çıxıb metronun yaxınlığında kiçik marketə girdik. O anda yaxınlıqdan qız keçirdi və Cud ona nəsə dedi. Azərbaycanda bu cür şeylərin qəbul olunmadığını bilmirdi.

Marketdə işləyən oğlan Cudun qıza söz atdığını görüb dostumun üstünə yeridi. Cud ona əl atan kimi, satıcı oğlan geri qayıdıb bıçaq götürdü. Cud bıçağı görüb qaçdı, mən tərpənmədim. Düşündüm ki, mənimlə problemi yoxdur, üstümə gəlməz. Bıçaqla üstümə hücum edib məni vurmaq istəyəndə əlimlə qarşısını kəsməyə çalışdım.