Həbsdə olan icra başçısı məhkəməyə müraciət edibbackend

Həbsdə olan icra başçısı məhkəməyə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.

NOCOMMENT-in xəbərinə görə, işə Bakı Apelyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi sentyabrın 2-də istintaq orqanının təqdimatı təmin edərək V.Hacıyevin həbs müddətinin daha 3 ay uzadılması barədə qərar çıxarıb.