Həbsdə olan sabiq başçının vəziyyəti AĞIRLAŞDIbackend

Həbsdə olan sabiq başçının vəziyyəti AĞIRLAŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədov üçüncü dəfə əməliyyat olunub.

NOCOMMENT modern.az-a istinadən məlumatına görə, sabiq başçı yenidən ürək əməliyyatı keçirib. Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunan Q.Səmədovun səhhəti hazırda ağırdır.

Qeyd edək ki, sabiq icra başçısı iki dəfə Mərkəzi Klinik Xəstəxada ürək əməliyyatı keçirib.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsin səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.