Həbsdə olan sabiq icra başçısı hospitala KÖÇÜRÜLDÜbackend

Həbsdə olan sabiq icra başçısı hospitala KÖÇÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlaxın həbsə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bir müddətdir Pentensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan sabiq icra başçısı Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Qoca Səmədovun vəkili Elnur Vəliyev bildirib ki, sabiq başçınn vəziyyəti yenidən kəskin şəkildə pisləşdiyindən həkim müayinəsindən keçirilib və müalicəsinin davamı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Q.Səmədov son bir il ərzində 3 dəfə ürək əməliyyatı keçirib.

Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.