Həbsdəki icra başçısının vəziyyəti ağırlaşdıbackend

Həbsdəki icra başçısının vəziyyəti ağırlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti ağırlaşıb.

NOCOMMENT xəbər verir ki, cəzaçəkmə müəssisəsində ürəyində problem yaranan sabiq icra başçısı müayinədən keçirilib.

Ədliyyə Nazirliyin Tibb Xidməti əməkdaşlarının ilkin müayinəsindən sonra Qoca Səmədovun ürəyində çat əmələ gəldiyi bildirilib.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev apa-ya faktı təsdiq edib: “Hazırda Qoca Səmədovun vəziyyəti kəskin ağırdır. Həkimlərin dediyinə görə, onun ürəyində infarkt əlamətləri var, çat əmələ gəlib”.