Həcc müharibəyə görə təxirə salına bilərmi? – “Gediş-gəliş çətinləşsə…”backend

Həcc müharibəyə görə təxirə salına bilərmi? – “Gediş-gəliş çətinləşsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dini baxımdan Həcc və Ümrə ziyarətləri hər zaman davam edən ibadətlərdir və tarix boyu müxtəlif çətinliklərə baxmayaraq, heç vaxt tam dayanmayıb”.

NOCOMMENT.az Bunu islamşünas Fərid Abdullah bildirib.

O, ABŞ və İsrailin İrana qarşı müharibəsinin yenidən başlama ehtimalı nəzərə alınmaqla müsəlmanların əsas ziyarəti olan Həccin təxirə salınma ehtimalını qiymətləndirib:

“Bəzən siyasi gərginliklər, müharibələr və ya ölkələrarası münasibətlərin pisləşməsi müəyyən insanların bu ziyarətləri yerinə yetirməsinə müvəqqəti maneələr yarada bilər. Məsələn, bəzi ölkələrin vətəndaşları üçün məhdudiyyətlər qoyula və ya gediş-gəliş çətinləşə bilər. Lakin bu, bütün müsəlman dünyasına şamil olunan bir hal deyil.

Sistem elə qurulub ki, müqəddəs torpaqlar daim ziyarət üçün açıq qalsın. Çünki həm xaricdən gələn zəvvarlar, həm də Səudiyyə Ərəbistanı daxilində yaşayan müsəlmanlar üçün bu ibadət nəzərdə tutulur.

Tarixən də bu ərazilər xüsusi qorunan və təhlükəsiz sayılan yerlər kimi qəbul olunub. İslamda bu müqəddəs məkanların toxunulmazlığı xüsusi vurğulanır. Qurani-Kərim və hədislərdə qeyd olunur ki, bu əraziyə daxil olan insanlar təhlükəsizlik və əmin-amanlıq içində olmalıdır. Buna görə də hətta münaqişə və gərginliklər zamanı belə bu məkanların qorunması əsas prinsip kimi qəbul edilir”.

Xatırlatma: Həccin başlanğıcı may ayına təsadüf edir. Mayın 27-dən başlayaraq Qurban bayramı qeyd olunacaq.

Azərbaycadab ziyarətə 1150 nəfər yollanacaq. Həcc ziyarətinin qiyməti 6100 ABŞ dolları, yaxud 10370 manatdır. Zəvvarların ilk uçuşu mayın 17-nə planlaşdırılıb.\\yenisabah