Həftədə bir dəfə şokolad yeməklə ürəyinizi qoruyunbackend

Həftədə bir dəfə şokolad yeməklə ürəyinizi qoruyun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da aparılan bir araşdırma nəticəsində məlum olub ki,  həftədə bir dəfə şokolad yemək ürək-damar sağlamlığını qoruyur.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə şokolad insanı xoşbəxt etmək  ilə yanaşı ürək sağlamlığı üçün də faydalıdır.

ABŞ-ın Hyuston şəhərindəki Baylor Tibb Məktəbində alimlər tərəfindən aparılan araşdırmalar, həftədə ən azı bir dəfə şokolad yeməyin “ürək damarlarını sağlam saxladığını” sübut edib.

Nəticəsi “European Journal of Preventive Cardiology” jurnalında dərc olunan tədqiqat çərçivəsində, son 50 ildə şokolad istehlakı ilə koronar arteriya xəstəliyi arasındakı əlaqəni araşdıran 6 əvvəlki araşdırma qiymətləndirilib.

336 min 289 iştirakçının şokolad istehlakı haqqında məlumat verdiyi tədqiqatlarda 9 ildə 14 min nəfərdən 43-ünün koronar arteriya xəstəliyindən əziyyət çəkdiyi və 4,767 nəfərin isə infarkt keçirdiyi məlum olub.

Mütəxəssislər həftədə 1 dəfə şokolad yeyənlərdə koronar arteriya xəstəliyi riskinin 8% az olduğunu bildiriblər. Araşdırmalara görə şokolad ürək damarlarının daha sağlam qalmasına kömək edir.