Smartfon tipli telefonlar həyatımıza təxminən 20 il olar ki, daxil olub. Bu telefonlarla bağlı insanlarda bir sıra alışqanlıqlar var.
NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov smartfon tipli telefonların cəmiyyətə təsiri barədə danışıb.
“Hər hansı bir iş fəaliyyətini görərkən tez bir telefona baxım, bir səhifəmə baxım, tiktokda videoya baxım daha sonra işimə davam edim deyirlər. Həmin qısa videolara tez-tez baxarkən və bəzən insanlar saatlarla telefonun arxasında qalırlar. Bunlarda hər video dəyişdikcə beyində hər hansı bir həzz almış kimi olurlar. Bunlar tez-tez təkrarlandıqcada insanların başqa bir şeyə, başqa bir gündəlik fəaliyyətlə məşğul olmağa həvəsli qalmırlar. Telefonsuz qaldıqda özlərini boşluqda hiss edirlər. Heçnəyə həvəsləri olmur. Buna görə də telefonlardan gərək olmadıqca istifadə etməmək məsləhət görülür”,- deyə həkim psixiatr bildirib.