Həkimlər ABŞ müdafiə naziri Ostinin səhhətinin yaxşı olduğunu açıqlayıbbackend

Həkimlər ABŞ müdafiə naziri Ostinin səhhətinin yaxşı olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prostat xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi barədə Ağ Ev və Konqresə məlumat vermədiyi üçün mübahisələrin mərkəzində olan ABŞ-ın müdafiə naziri Lloyd Ostinin səhhətinin yaxşı olduğu bildirilib.

NOCOMMENT xəbər verir ki, Valter Rid Hərbi Xəstəxanasının həkimləri müdafiə naziri Ostinin səhhətinin vəziyyəti ilə bağlı dünən açıqlama veriblər. Həkimlər Ostini növbəti görüşdə gördüklərini və nazirin prostat xərçənginin sağalma prosesinin mükəmməl şəkildə davam etdiyini bildiriblər. Həkimlər prostatektomiyadan sonra planlı fiziki müalicə və mütəmadi müayinələrdən başqa heç bir müalicəyə ehtiyac olmayacağını bildiriblər.