HƏMAS itmiş itlə birlikdə girovu azad etdibackend

HƏMAS itmiş itlə birlikdə girovu azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, HƏMAS tərəfindən azad edilən girov iti ilə birlikdə İsrailə qayıdıb. Bu barədə France 24 məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrailli Miya noyabrın 28-də HƏMAS tərəfindən azad edilən 12 girov arasında olub. Sərbəst buraxılanlar arasında qızın anası və bibisi də var.

Miya itkin düşmüş hesab edilən iti Bella ilə birlikdə Qırmızı Xaç işçilərinin yanına gəlib. Qızın atası HƏMAS-ın hücumundan sonra qızı qayıdanda sevindirmək üçün təxminən iki aya yaxın heyvan axtarırmış.

Bundan əvvəl Qəzza zolağından azad edilmiş beşinci qrup İsrailə gəlib. İlkin tibbi müayinədən sonra keçmiş girovlar İDF hərbçilərinin müşayiəti ilə xəstəxanalara gedib, qohumları ilə görüşüblər.