Həmid Herisçinin son durumu: Sağlamlıq vəziyyəti…backend

Həmid Herisçinin son durumu: Sağlamlıq vəziyyəti…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.

NOCOMMENT.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) publika.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparıcının vəziyyəti qənaətbəxşdir:

“Sağlamlıq vəziyyəti ambulator müalicə üçün uyğundur”.

Xatırladaq ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi təcili tibbi yardım avtomobili vasitəsilə yanvarın 26-da saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. TƏBİB-dən verilən məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.