“Həmin gün Emil bizdə müştəri idi” – Bakıda gecə klubunun qarşısındakı qətlin təfərrüatıbackend

“Həmin gün Emil bizdə müştəri idi” – Bakıda gecə klubunun qarşısındakı qətlin təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında qətl hadisəsi baş verib. Hadisə yanvarın 1-də gecə saatlarında qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Baku TV-nin məlumatına görə, 32 yaşlı Emil Rəcəbli ilə 36 yaşlı şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı Emil Rəcəbli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin baş verdiyi obyektin administratoru Rəşad Məmmədovun sözlərinə görə, Emil Rəcəbli 5-6 il əvvəl bu obyektdə mühafizəçi kimi çalışıb:

“Hadisə baş verən gün Emil bizdə müştəri idi. Mübahisə obyektin daxilində deyil, çöldə baş verib. Bu, xoşagəlməz haldır. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi”.