Həmkarlar ittifaqları kabinet islahatlarına qarşı tətilə başlayıblarbackend

Həmkarlar ittifaqları kabinet islahatlarına qarşı tətilə başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyada həmkarlar ittifaqları kabinet islahatlarına qarşı iki həftəlik tətilə başlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, həmkarlar ittifaqlarının nümayəndələri Petteri Orpo hökumətinin islahatlarına qarşıdırlar. Nazirlər Kabineti pensiya islahatının aparılmasını, xəstəlik məzuniyyəti, işsizliyə görə ödənişlərin, sığorta haqlarının dəyişdirilməsini, işdən çıxarılma prosedurunun sadələşdirilməsini, tətillərin qadağan edilməsini təklif edir.

Agentliyin məlumatına görə, martın 24-dək davam edəcək tətildə 11 minə yaxın işçi iştirak edə bilər. Etirazlar limanlarda və dəmir yolunda yük daşımalarına təsir göstərə bilər.