Həmkəndlisini öldürən şəxsin istintaqı yekunlaşdıbackend

Həmkəndlisini öldürən şəxsin istintaqı yekunlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə NOCOMMENT.az-a Oğuz rayon prokurorluğundan məlumat verilib.

Sentyabrın 14-də Oğuz rayon, Mollalı kənd sakini Toğrul Kərimovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1992-ci il təvəllüdlü Pərvin Məmmədovun həmkəndlisi Toğrul Kərimovu sentyabrın 11-də yaşadığı kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Pərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.