Hər birinin cangüdəni, bahalı maşınları var – Siyavuş Novruzovbackend

Hər birinin cangüdəni, bahalı maşınları var – Siyavuş Novruzov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox siyasi partiyalar hələ də maliyyə mənbələrini təqdim etmirlər.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

“Başqa vaxtı Milli Məclisin deputatlarının əməkhaqlarını güdürlər. İndi gəlib hesabat versinlər ki, haradan, nə ilə dolanırlar. Baxsan, görərsən ki, onlar 20 ildir heç bir yerdə işləmirlər. Bu adamlar 20 ildir nə ilə dolanırlar? Baxırsan ki, hər birinin cangüdəni var, yuxarı qiymətdə maşınları var. Bu gün burada oturan deputatların üç illik əməkhaqları qədər vəsaitlə onların uşaqları Londanda oxuyur. Partiyalarda işləyən adamların da fəaliyyətinə baxmaq lazımdır”,- deyə deputat vurğulayıb.
Modern