Hər evdə VAR – Neftçilərin təsadüfən kəşf etdiyi bu məlhəm dərdlərə DƏRMANDIRbackend

Hər evdə VAR – Neftçilərin təsadüfən kəşf etdiyi bu məlhəm dərdlərə DƏRMANDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər evdə əl altında olan vazelin əslində təsadüfən kəşf olunub.

NOCOMMENT.az Bizim.Media-ya istinadən xəbər verir ki, amerikalı kimyaçı Robert Çesebrouh tərəfindən 1859-cu ildə kəşf edildiyi deyilsə də, onu neftçilər ortaya çıxarıb.

Pensilvaniyada neft buruqlarında iş zamanı işçilər borularda yığılıb qalmış yapışqan maddəni istifadə edərkən onun yaraları sağaltma xüsusiyyətini görüblər. Bunu müşahidə edən kimyaçı dərhal vazelini araşdırır.

Bu parafinə bənzər maddəni toplayaraq Nyu Yorka aparır və aylarla apardığı tədqiqatlar nəticəsində onu təmizləyib məlhəm halına gətirir. 

1870-ci ildə bu maddəni “Vaseline Petrol Jeli” adı altında satışa təqdim edir.

Vazelinin tərkibi parafin, serezin, mineral yağlar və digər bərk karbohidrogenlərin qarışığından ibarət, neft emalı məhsuludur. Dərini nəmləndirmə, qoruması ilə tanınır.

Eyni zamanda, vazelin kiçik kəsiklər, cızıq və yüngül yanıqların sağalmasına kömək edir. Yaraların qurumasının qarşısını alaraq bərpa prosesini sürətləndirir. Qış aylarında və ya küləkli havada dərini qorumaq üçün də vazelin geniş istifadə olunur. Dodaqların qorunması və yumşaldılmasında da təsirlidir; quru və çatlamış dodaqlar üçün ideal vasitə hesab olunur.

Vazelin həmçinin makiyaj və göz ətrafı baxımında, saç və dırnaq baxımında da faydalıdır. Quru dəri bölgələrini yumşaldır, kirpikləri yüngülcə parladır, qırılan dırnaqları qoruyur və yumşaldır. Təbii və qatqısız vazelin həssas dəri üçün daha uyğundur, lakin həddindən artıq istifadəsi yağlı hiss buraxa bilər.