Hərbçi alilələrinə müavinətlərlə bağlı yeni qaydalar tətbiq ediləcəkbackend

Hərbçi alilələrinə müavinətlərlə bağlı yeni qaydalar tətbiq ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ikinci oxunuşda müzakirə edilib.

NOCOMMENT.az xəbər verir ki, qanuna dəyişiklikdə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət verilməsi təklif edilir.

Bununla bağlı qanuna aşağıdakı dəyişikliklər təklif edilir:

“4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;”;

“7.0.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda;” / Trend