Avropa İttifaqı müdafiə sənayesi sursat istehsalı üçün lazım olan nitroselüloz çatışmazlığı ilə üzləşir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb.
“Ciddi bir çatışmazlıq (nitroselüloz) var ki, bu da sənayedə çətinliklərə səbəb olur”, – deyə adı açıqlanmayan müdafiə idarəsinin nümayəndəsi nəşrə bildirib.
Məqalədə qeyd olunur ki, nitroselülozdan partlayıcı maddələr, barıt və bərk raket yanacağı hazırlanır.
Almaniyanın “Rheinmetall” müdafiə konserninin baş direktoru Armin Pappergerin sözlərinə görə, Çin nitroselüloz istehsalında istifadə olunan pambıq pulpasının 70%-dən çoxunu Avropaya göndərir. Mənbə etiraf edib ki, Pekin “geosiyasi səbəblərə görə” təchizatı kəsə bilər.












