"Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"

"Xanımım inciməsin, amma işə görə bunu ləğv edərəm"

Xalq artisti Emin Ağalarov sosial media hesabında sualları cavablayıb.

NOCOMMENT.az xəbər verir ki, sənətçi işləri ilə şəxsi həyatı arasında qalarsa hansını seçəcəyinə aydınlıq gətirib.

Sual: Bir həftə telefonsuz qalmaq, yoxsa işsiz?

Emin: Nə birinci, nə də ikinci. İşsiz qala bilmərəm. İşi də telefonsuz bacara bilmərəm.


Sual: Vacib bir sövdələşməni ləğv etmək, yoxsa ailəvi naharda iştirak etməmək?


Emin: Həyat yoldaşım inciməsin, amma ailəvi naharı ləğv etmək.


Sual: Biznesin idarəçiliyini bir həftəlik kiməsə təhvil vermək, yoxsa telefonu vermək?


Emin: Nə bu, nə də o. Heç kimə heç nə vermərəm.


Sual: Yaxşı bir iş fürsətini əldən vermək, yoxsa yaxınlarınla gözəl anları qaçırmaq?


Emin: Yaxınlarımla gözəl anları qaçırmaq.


Sual: İstirahətdə telefonla məşğul olmaq, yoxsa evdə tamamilə boş qalmaq?


Emin: İstirahətdə telefonla olmaq.


Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə evlidir. Cütlüyününbu nikahdan 1 övladı var./AXSAM.AZ/