Əhaliyə xəbərdarlıq! - Müdafiə Nazirliyi məlumat yaydı

Əhaliyə xəbərdarlıq! - Müdafiə Nazirliyi məlumat yaydı

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla iyunun 22–25-də Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə NOCOMMENT.az Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”, - məlumatda qeyd edilib.