ABŞ prezidenti Donald Tramp İranın ABŞ-a məxsus “Apache” helikopterini vurduğunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Trampın sözlərinə görə, hadisə ötən gecə Hörmüz boğazı üzərində patrul xidməti həyata keçirilərkən baş verib. O bildirib ki, İran qüvvələri ABŞ-ın yüksək texnologiyalı “Apache” helikopterlərindən birini vurub.
ABŞ prezidenti qeyd edib ki, helikopterdə olan iki pilot sağ qalıb və xəsarət almayıb. Bununla belə, Tramp Vaşinqtonun bu hücuma cavab verməsinin zəruri olduğunu vurğulayıb.
Hadisə ilə bağlı ABŞ və İran rəsmilərinin əlavə açıqlamalar verməsi gözlənilir./Musavat.com/












