Yaxın Şərqdə, xüsusilə Fars körfəzi və Hörmüz boğazı ətrafında hərbi-siyasi gərginliyin pik həddə çatması fonunda rəsmi Tehran kəskin təhlükəsizlik tədbirlərinə əl atıb. Ölkənin silahlı qüvvələri hər an başlaya biləcək mümkün hərbi əməliyyatlara qarşı mobilizasiya olunub.
NOCOMMENT.az İran mətbuatına istinadən xəbər verir ki, İran İslam Respublikasının Milli Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bütövlükdə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. İranın rəsmi "Mehr" xəbər agentliyinin yaydığı təcili məlumata görə, bu qərar bölgədəki xarici hərbi mövcudluq və artan təhdidlər fonunda ölkənin suverenliyini, eləcə də strateji su sərhədlərini qorumaq məqsədilə qəbul edilib. Hərbi komandanlıq bütün bölmələrə kəşfiyyat və müdafiə sistemlərini maksimum aktivləşdirmək barədə ciddi tapşırıq verib.
Sara
NOCOMMENT.az












