Parada onlar da gedəcək

Parada onlar da gedəcək

Qələbə Gününün 81-ci ildönümü ərəfəsində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Moskvaya səfər edəcək. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun verdiyi bu məlumat rəsmi dairələr üçün gözlənilməz olub, çünki bu səfərlər əvvəlcədən anons edilməmişdi.

NOCOMMENT.az xəbər verir ki, Yuri Uşakov jurnalistlərə açıqlamasında iki yaxın dövlət başçısının bayram tədbirlərində iştirakını məmnuniyyətlə təsdiqləyib. "Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, Moskvaya bayram tədbirlərinə bizə yaxın olan iki dövlətin hörmətli rəhbərləri də gələcəklər" — deyə o qeyd edib.

Xatırladaq ki, Mərkəzi Asiya ölkələri rəhbərlərinin bu səfəri regiondakı diplomatik balans və müttəfiqlik münasibətləri baxımından mühüm əhəmiyyət kəsb edir. Hər iki prezidentin Moskvada keçiriləcək hərbi paradda fəxri qonaq qismində iştirakı gözlənilir.