Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) yeni məlumatlarına görə, 2019-cu ildə qlobal hərbi xərclər 1.9 trilyon ABŞ dollarına qədər artıb.
NOCOMMENT.az xəbər verir ki, dünyanın hərbi xərcləri 2018-ci illə müqayisədə 3.6% artıb.
Ən maraqlı statistika isə ölkələrin həbir xərclərinin Ümumi Daxili Məhsula (ÜDM) olan nisbətinə görədir. 2019-cu ildə dünyanın ümumi hərbi xərcləri qlobal ÜDM-in 2.2%-ni və ya adambaşına 249 ABŞ dolları təşkil edib. Qeyd edək ki, ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı dünyada ən böyük hərbi xərcləri olan ölkələrin “ilk beşliy”inə daxildirlər. Onların payına qlobal hərbi xərclərin 62%-i düşür.
Hərbi xərclərin ÜDM-ə nisbətinə görə daha sonra ilk onluqda Əlcəzair qərarlaşıb – 6%. Növbəti yeri isə Ermənistan tutur – 5%. Azərbaycandan hərbi xərclər ÜDM-nin 4%-ni təşkil etdiyi üçün ölkəmiz ilk onluğu tamamlayır.












