SON DƏQİQƏ! Kiyev atəşkəs tələb etdi - Müharibə sona çatır?

SON DƏQİQƏ! Kiyev atəşkəs tələb etdi - Müharibə sona çatır?

Ukrayna tərəfi mülki əhalinin təhlükəsiz şəkildə təxliyə edilməsi məqsədilə Rusiyaya Alyoşki şəhəri ərazisində müvəqqəti atəşkəs elan olunmasını təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın ali baş komissarı (ombudsman) Dmitri Lubinets bəyanat yayıb. Onun sözlərinə görə, tərəflər artıq 200-ü uşaq olmaqla, ümumilikdə 6 minə yaxın mülki vətəndaşın ərazidən çıxarılması məsələsini razılaşdırıblar.

Lubinets danışıqların gedişatı ilə bağlı hazırkı vəziyyəti belə şərh edib: "Bu günə olan məlumata görə, biz texniki cəhətdən bütün məsələləri müzakirə edib bitirmişik. İndi isə Rusiya tərəfindən atəşkəsin qüvvəyə minəcəyi və fiziki təxliyə prosesinin başlayacağı dəqiq tarixi gözləyirik".

Qeyd edək ki, Alyoşki şəhəri 2022-ci ildən bəri Rusiyanın nəzarəti altındadır. Cəbhə xəttinə yaxın coğrafi mövqeyinə görə bura mütəmadi olaraq qarşılıqlı artilleriya atəşinə və dron hücumlarına məruz qalır ki, bu da yerli sakinlərin həyatı üçün böyük təhlükə yaradır.

Sara

NOCOMMENT.az