İraqın şimalında terrorçulara qarşı ‘‘Pәncә-Qaplan’’ әmәliyyatına start verilib.
NOCOMMENT.az xəbər verir ki, bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyi bәyanat yayıb.
Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Pәncә-Qaplan әmәliyyatına start verilib. Qәhraman hәrbçilәrimiz Haftanindәdirlәr. Hәrbi Hava Qüvvәlәri, qırıcılar, pilotsuz uçuş aparatları vә silahlı pilotsuz uçuş aparatları ilә dәstәklәnәn hәrbçilәrimiz bölgәyә çatıb”.
Qeyd edәk ki, ‘‘Pәncә-Qaplan’’ әmәliyyatı İraqın şimalında olan vә illәrdir Türkiyә üçün tәhdit tәşkil edәn terror tәşkilatı PKK-ya qarşı hәyata keçirilir.
‘‘Pәncә-Qartal’’ әmәliyyatından sonra hәyata keçirilәn ‘‘Pәncә-Qaplan’’ әmәliyyat çәrçivәsindә hәrbçilәr Haftanindә terrorçuların yuvalarını mәhv etmәyә başladı. Әmәliyyatın detalları isә diqqәt çәkdi. Әmәliyyat çәrçivәsindә ilk olaraq hәrәkatın keçirildiyi bölgәyә ağır zәrbәlәr endirilib.İndiyәdәk 150-dәn çox hәdәf mәhv edilib.










