Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan film BBC-də – VİDEObackend

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan film BBC-də – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı Bettani Hyuzun (Bettany Hughes) Azərbaycanın tarixi və mədəni xəzinələri barədə filmi BBC World News telekanalında nümayişə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Heydər Əliyev Fondu və bp Azərbaycan şirkətinin tərəfdaşlığı ilə hazırlanan film Böyük Britaniyanın “SandStone Global” prodakşn şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi çərçivəsində ərsəyə gəlib.

Müəllif əsrarəngiz filmlərindən biri- “Azərbaycan möcüzələri” ekran əsərinin araşdırmaları və çəkilişləri üçün iyun ayında Azərbaycana səfər etmişdi.  İki hissədən ibarət filmdə Bakı, Şuşa, Qobustan və Şəkinin əfsanəvi və heyranedici tarixi və mədəni irs xəzinələri araşdırılıb və təqdim edilib. “İpək Yolu” filmi Qobustan və Şəki, ”Odlar Yurdu” adlı film isə Bakı və Şuşaya həsr olunub.

Filmin “Odlar Yurdu” adlı ikinci hissəsi 27-28 avqust tarixlərində BBC World News kanalında yayımlanacaq.

Flmin eyni zamanda Azərbaycan dilində versiyası hazırlanaraq təqdim ediləcək.