Hikmət Hacıyev: Karantin səbəbindən atamı sonuncu dəfə martda görmüşəmbackend

Hikmət Hacıyev: Karantin səbəbindən atamı sonuncu dəfə martda görmüşəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən atamı sonuncu dəfə martın 13-də görmüşəm. O, Gəncədə yaşayır. Mən də çox istərdim ki, rayonlara gediş-gəliş olsun və valideynlərimizi görə bilək”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, rayonlara gediş-gəlişin açılması məsələsi hər kəsi narahat edir: “Ümid edirəm ki, yaxın zamanlarda müsbət qərar verəcəyik”.