Hindistan 2400 vətəndaşını Sudandan təxliyə edirbackend

Hindistan 2400 vətəndaşını Sudandan təxliyə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan ordu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı toqquşmaların baş verdiyi Sudandan 2400 vətəndaşını təxliyə edib.

NOCOMMENT xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, indiyədək 2400 Hindistan vətəndaşının Sudandan təxliyə edildiyi açıqlanıb.

Açıqlamada təxliyə edilən vətəndaşların Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəldiyi bildirilib.

Digər tərəfdən xarici işlər naziri Subrahmanyam Jaishankar Twitter hesabından “Kaveri əməliyyatı davam edir. 231 nəfər sağ-salamat evlərinə çatdı, başqa bir təyyarə isə Yeni Dehliyə gəldi” dedi. Təyyarədən enən Hindistan vətəndaşları baş nazir Narendra Modi və Caişankara təxliyyə etdikləri üçün təşəkkür ediblər.