Hindistan Fələstin məsələsində mövqeyini bir daha təsdiqlədibackend

Hindistan Fələstin məsələsində mövqeyini bir daha təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Djayşankar Yaxın Şərqdə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Fələstinin baş naziri Məhəmməd Ştayye ilə danışıb. “X” sosial şəbəkəsində o qeyd edib ki, telefon danışığı zamanı İsrailin Qəzza zolağındakı əməliyyatı ilə bağlı vəziyyət müzakirə olunub.

“Mən Fələstinin Baş Naziri Məhəmməd Ştayye ilə söhbət etdim. O, həm Qəzza zolağında, həm də İordan çayının qərb sahilindəki vəziyyətdən dərin narahatlığını bildirib. Mən Hindistanın Fələstinlə bağlı çoxdankı mövqeyini təkrarladım. Biz əlaqə saxlamağa razılaşdıq”, – Djayşankar yazıb.

TASS-ın qeyd etdiyi kimi, Hindistan Fələstin probleminin müstəqil Fələstinin yaradılması yolu ilə həllinin tərəfdarıdır. Agentlik vurğulayır ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi iki dövlət planının həyata keçirilməsi üçün birbaşa dialoqa başlamağa çağırıb.