Hindistan Müdafiə Nazirliyi “Pralay” qısa mənzilli kvazi ballistik bərk yanacaq raketini uğurla sınaqdan keçirib.
NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyi bildirib ki, raket Odişa əyalətinin şərqindəki Əbdül Kalam adasından buraxılıb və hədəf bölgədəki təlim hədəfini uğurla vurub.
Bundan əvvəl Hindistanın müdafiə naziri Rajnath Singh-in rəhbərlik etdiyi Müdafiə Alma Şurası hava qüvvələri və quru qoşunları üçün 370 yeni Pralay raketinin istehsalı və satın alınmasını təsdiqləyib.
Pralay Hindistan ordusunda xidmətdə olan ilk nüvəsiz ballistik raket olacaq. Bu raketlərin 120-dən ibarət partiyası Hərbi Hava Qüvvələrində istifadəyə veriləcək, bundan sonra bu raket sistemlərindən 250-si quru qoşunlarına təhvil veriləcək.