Hindistanın “Indian Oil Corp” neft emalı zavodu dekabr ayında tədarük üçün Rusiya neftinin beş partiyasını sanksiyalara məruz qalmayan subyektlərdən alıb.
NOCOMMENT.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentlik yazır ki, ABŞ-nin “Rosneft” və “Lukoyl”a qarşı sanksiyalar tətbiq etməsindən sonra Hindistan müəssisələri və şirkətləri Rusiya neftinin alışını dayandırmışdılar. Lakin, görünür, tədarük bərpa olunub.
Qeyd edək ki, “Indian Oil Corp” Hindistanın ən iri neft email zavodudur.
Xatirə SADİQ













