Hindistanda avtobusun dərəyə aşması nəticəsində 22 nəfər ölübbackend

Hindistanda avtobusun dərəyə aşması nəticəsində 22 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda zəvvarları daşıyan avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

Daha 60 nəfərin yaralandığı bildirilir.

Avtobus ölkənin şimalında, hind panteonunun əsas tanrılarından biri olan Şiva məbədinin yerləşdiyi Şiv Xori bölgəsinə zəvvarları aparırmış.

Daha əvvəl səlahiyyətlilər 19 nəfərin öldüyünü bildiriblər.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, naməlum səbəbdən avtobus yoldan çıxaraq dərin dərəyə aşıb və təxminən 45 m hündürlükdən yıxılıb, zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.

Hindistanın baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, maddi dəstək vəd edib.