Hindistanda çökən tuneldə qalan 41 işçi xilas edildibackend

Hindistanda çökən tuneldə qalan 41 işçi xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Uttarakhand əyalətində 17 gündür yol işləri zamanı çökən tunelin dağıntıları altında qalan 41 işçinin hamısı xilas edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hindistan Avtomobil nəqliyyatı və avtomobil yolları naziri Nitin Qadkari “X”də paylaşım edib. O, bildirib ki, 41 işçinin hamısı 17 gündən sonra dağıntılar altından xilas edilib.

Xilasetmə əməliyyatının son illərin ən mühüm əməliyyatlarından biri olduğuna diqqət çəkən Qadkari, səylərin yaxşı koordinasiya edildiyini bildirib.