Hindistanın Mizoram əyalətində güclü “Remal” siklonu səbəbindən ölənlərin sayı 27-yə çatıb.
NOCOMMENT.az xəbər verir ki, ölkənin Meteorologiya İdarəsindən bildirilib ki, sürəti saatda 125 kilometrə çatan küləkdən sonra leysan yağış yağıb.
Güclü yağış və külək evlərə ziyan vurub, bir çox kənd yerlə-yeksan edilib, elektrik dirəkləri aşıb.