Hindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblar – VİDEObackend

Hindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın paytaxtı Yeni Delhidən İsveçrənin Sürix şəhərinə uçan “Swiss” aviaşirkətinə məxsus təyyarədən qəza təxliyəsi nəticəsində altı sərnişin xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Hindistanın paytaxtındakı İndira Qandi adına Beynəlxalq Hava Limanında baş verib.

“Airbus A330” tipli təyyarənin göyərtəsində ümumilikdə 232 nəfər olub. Qeyd olunur ki, uçuşdan əvvəl sürətlənmə zamanı təyyarənin mühərrikində nasazlıq yaranıb, daha sonra isə yanğın başlayıb.

Ekipaj uçuşu dayandırmaq və birbaşa uçuş-enmə zolağında sərnişinlərin təcili təxliyəsini həyata keçirmək qərarına gəlib. Təxliyə üçün qəza traplarından istifadə olunub. Hadisə nəticəsində xəsarət almış altı sərnişin xəstəxanaya yerləşdirilib.

Aviaşirkət baş vermiş hadisənin səbəbləri ilə bağlı araşdırma aparacağını bəyan edib./Oxu.Az/

Hindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblar - VİDEO