Hindistanda xilasetmə cəhdləri dayandırılıbbackend

Hindistanda xilasetmə cəhdləri dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda tunelin çökməsi nəticəsində qapalı qalan işçilərin xilas edilməsi cəhdləri dayandırılıb.

NOCOMMENT xəbər verir ki, Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsinin çökməsi nəticəsində qapalı qalan 40 işçinin xilasetmə işlərinə qazma maşınlarının zədələnməsi nəticəsində 7-ci gündə ara verildi. İşlər zamanı tunelin içindən gələn çatlama səsi ilə qazma maşını zədələnib, xilasetmə işlərini dayandırıb.

Səlahiyyətlilər, işin qaldıqları yerdən davam etməsi üçün bölgəyə yeni maşınların gəlməsini gözlədiklərini bildirdi.

Fəlakət idarəsinin rəsmisi Devendra Patwal, dağıntıların təmizlənməsi səylərinin indiyə qədər 24 metr irəlilədiyini söylədi.

Patwal işçilərin təxminən 60 metr dərinlikdə olduğunu təxmin edir.

Qeyd edək ki, Hindistanda tikilməkdə olan tunelin bir hissəsi noyabrın 12-də yol işləri zamanı uçub.