Hindistanın neft alıcıları üzlərini Yaxın Şərqə çevirdilər – “Bloomberg”backend

Hindistanın neft alıcıları üzlərini Yaxın Şərqə çevirdilər – “Bloomberg”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın rus neftinin ən iri alıcısı olan “Reliance Industries” neft emalı zavodu “Lukoil”, “Rosneft” və onların törəmə şirkətlərinə qarşı tətbiq olunan sanksiyalardan sonra Yaxın Şərq və ABŞ-dən xam neft almağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bıoomberg” məlumat yayıb.

Məsələ ilə tanış olan treyderlər bildiriblər ki, bu, Səudiyyə Ərəbistanının “Khafji”, İraqın “Basrah Medium” və Qətərin “Al-Shaheen”, eləcə də bəzi ABŞ-nin “West Texas Intermediate” daxil olmaqla bir neçə növ xam neftə aiddir.

Mənbələrin sözlərinə görə, bu tədarüklərin dekabr və ya yanvar aylarında baş tutacağı gözlənilir.

Hindistan şirkəti, ümumilikdə, oktyabr ayında spot bazarda ən azı 10 milyon barel xam neft alıb. Treyderlərin fikrincə, bu həcmin əsas hissəsini Yaxın Şərq növləri təşkil edib.

“Reliance Industries”in xam neft alışlarının böyük hissəsi ABŞ-nin Rusiyaya qarşı sanksiyalarından sonra həyata keçirilib. Mənbələrə görə, Hindistanın digər neft emalı zavodları da özəlliklə Yaxın Şərq, ABŞ və Braziliyadan tədarüklə maraqlanırlar.

Xatırladaq ki, prezident Donald Tramp oktyabrın 23-də Kremlin Ukraynada atəşkəsə razılıq verməkdən imtina etməsi səbəbindən Rusiyanın iki ən böyük neft şirkəti – “Rosneft” və “Lukoyl”a qarşı Vaşinqtonun sanksiyalar tətbiq etdiyini bəyan etdi.

Xatirə SADİQ