“Hamı bilir ki biz Suriyada yerli sünnilərə qarşı vuruşmuşuq”.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Hizbullahın birinci baş katibi Sübhi əl-Tufayli öz açıqlamasında deyib.
O, Livan Hizbullahının Suriyadakı mülki şəxslərlə də “məşğul olduğunu” qeyd edib.
Əl-Tufaylinin sözlərinə görə İran, Hizbullah və Rusiya İŞİD-ə qarşı mübarizəni bəhanə edərək Suriya müxalifətinə qarşı döyüb: “Sonra ruslar da digərləri kimi İŞİD-dən başqa hamı ilə döyüşməyə gəldilər”.
Qeyd edək ki, Hizbullahın qurucusu və birinci baş katibi əvvəldən təşkilatın Əsəd rejimi və İran tərəfində müharibədə iştirakına qarşı çıxıb. 2020-ci ildə əl-Tufayli Əsəd üçün döyüşənləri “müsəlman uşaqlarına qarşı səlib yürüşündəki əsgərlər” adlandırmışdı.
Bundan başqa, əl-Tufayli ikinci Qarabağ müharibəsinin qızğın vaxtında Türkiyə prezidenti Ərdoğanın mövqeyini dəstəkləyib və İranı “hiyləgər” mövqeyinə görə tənqid edib.
“Hazırda Ermənistan işğalçı dövlətdir. Münaqişəni dayandırmaq işğalın davam etməsinə göz yummaq deməkdir. 30 ildir boş-boşuna danışıqlar gedir. Çoxları məndən soruşur ki, mən Ərdoğanın tərəfdarıyam? Bəli. Bu məsələdə mən Ərdoğanın tərəfdarıyam. Mən isə Ərdoğan fransızları Liviyadan qovarkən də onun yanında idim. Mən indi də Azərbaycanla bağlı Ərdoğanın yanındayam” -, Hizbullahın qurucusu o zaman demişdi.\\Musavat.com