Hollandiya F-35 hissələrinin İsrailə satışının dayandırılması tələbini rədd etdibackend

Hollandiya F-35 hissələrinin İsrailə satışının dayandırılması tələbini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya məhkəməsi Oxfam Novib, PAX və The Rights Forum kimi insan haqları təşkilatlarının F-35 döyüş təyyarələrinin hissələrinin İsrailə ixracının dayandırılması tələbini rədd edib.

NOCOMMENT.az xəbər verir ki, məhkəmədən verilən açıqlamada Hollandiyanın daha əvvəl təyin olunmuş lisenziya çərçivəsində İsrailə ixrac edə biləcəyi ifadə edilib.

Bəyanatda məhkəmə, F-35 hissələrinin İsrailə göndərilməsinə qərar verərkən, Hollandiyanın “müvafiq maraqlara riayət etdiyini və ağlabatan bir şəkildə qərar verdiyini” bildirib. qənaətə gəldiyi qeydə alınıb.

Bəyanatda Qəzzada mövcud (müharibə) vəziyyətin mürəkkəb olduğu və bir çox şeyin hələ də qeyri-müəyyən olduğu bildirilib.