Hraparak: Ermənistan parlamentində yeni qadağalarbackend

Hraparak: Ermənistan parlamentində yeni qadağalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avqustun 2-də parlamentin ilk iclasında hakimiyyət jurnalistlərin sərbəst hərəkətini məhdudlaşdırmaq üçün Milli Məclisin ərazisinə bütöv bir əsgər batalyonu yerləşdirmişdi”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu inkişaf etdirərək yazır: “Guya ki bu, təhlükəsizlik məqsədi ilə edilib. Milli Məclisin yeni binasına girməyimizə icazə verilmədi. “Laçın dəhlizi” kimi tanınan dəhlizlə getməyə də. Nə var-nə var, birdən parlamentdəki iqtidar fraksiyasının, xüsusən də, Məclis vitse-spikerlərinin ofislərinin yanından keçərik. Odur ki, kəsə deyil, dolanbac bir yolla jurnalistlərin lojasına üz tutduq.

Bəzisi ilk dəfə Milli Məclisdə olan təhlükəsizlik əməkdaşları da bu vəziyyətdən narazı idilər, onları günahlandırmamağımızı istədilər, – “əmr belə verilib, biz də icra edirik”. Oxşar eybəcər məhdudiyyətlər 27 oktyabrdan sonra belə Milli Məclisdə tətbiq edilməmişdi”.