Hulusi Akarın Bakı səfəri hansı məqsəd daşıyır?backend

Hulusi Akarın Bakı səfəri hansı məqsəd daşıyır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin müdafiə naziri Hulusi Akarın Bakıya səfəri bir neçə kontekstdə diqqət çəkir:

– Son sərhəd toqquşmasından sonra Ermənistan yeni hücuma hazırlaşdığını gizlətmir: bu ölkənin baş qərargah rəisinin müavini hücumla bağlı əmr aldıqlarını açıqladı;

– Etirazların yaşandığı İran diqqəti Azərbaycan üzərində fokuslayır və Tehranda Azərbaycanın Ermənistanla dövlət sərhədini bərpa etmək istəyinə qarşı mümkün müdaxilə ssenarilərinin nəzərdən keçirildiyi də istisna deyil;

– Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ) Türkiyədə “Bordobərəlilər”lə birgə təlimlərə başlayıb (4-14 oktyabr).

Adətən təlimləri iki ölkənin hərbi rəhbərliyi birgə izləyir, lakin bu dəfə XTQ-nin Türkiyəyə, Türkiyənin hərbi rəhbərliyinin Azərbaycana gəlişi maraqlıdır:

1. İki ölkə mümkün risklərə qarşı birgə plan üzərində işləyir;

2. Ermənistanın gözlənilən təxribatına əks-cavab əməliyyatı istisna deyil;

Akarın nümayəndə heyəti ilə Bakıya gəlişi dövlət sərhədinin bərpası üçün praktiki addımların atılması zərurəti yaranacağı təqdirdə üçüncü tərəflərin mümkün müdaxilə riskinə qarşı çəkindirici mesaj xarakteri də daşıyır: üçüncü tərəf kimi daha çox İran aktivlik nümayiş etdirir, o cümlədən, Fransanın da Ermənistana hərbi dəstək verməsi gözləntiləri var.

Asif Nərimanlı